“Xocalı uşaqların gözü ilə” mövzusunda dərs keçirilib

Fevralın 15-i "Xocalı soyqırımının iyirmi altıncı il dönümünün keçirilməsi ilə bağlı təsdiq edilmiş tədbirlər planı"na əsasən məktəbin ibtidai sinif müəllimi Gülpəri Əliyevanın rəhbərlik etdiyi 1 "A" sinifində Təsviri incəsənət fənnindən “Xocalı uşaqların gözü ilə” mövzusunda dərsi keçirilib.
Birincilər bu faciəyə öz baxışlarını, münasibətlərini çəkdikləri rəsmlərlə bildirib.
Gülpəri müəllim Xocalı faciəsinin bütün bəşəriyyətə, insanlığa qarşı amansız cinayət olduğunu, tariximizin qan yaddaşına həkk olunmuş bu səhifənin nəsildən-nəslə çatdırılmasının vacibliyini vurğulayıb.
Xocalı soyqırımının iyirmi altıncı il dönümü ilə bağlı silsilə tədbirlər davam etdirilir.