"Xocalıya gedən yol mövzusunda" dəyirmi masa təşkil olunub

Fevralın 14-ü məktəbin kitabxanasında "Xocalı soyqırımının iyirmi altıncı il dönümünün keçirilməsi ilə bağlı təsdiq edilmiş tədbirlər planı"na əsasən "Xocalıya gedən yol" mövzusunda dəyirmi masa təşkil olunub.

Dəyirmi masada məktəbin tarix müəllimi Zilxumar Qasımova Xocalının tarixi, dünəni və bu günü haqqında ətraflı məlumat verib. Şagirdlər Xocalı faciəsindən bəhs edən bədii əsərlər barəsində disskusiya və müzakirələr aparıb.

Tədbirin keçirilməsində məqsəd ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma vətənə sevgi, məhəbbət hislərini aşılamaq, şagirdlər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri onlara çatırmaqdır.

Xocalı soyqırımının iyirmi altıncı il dönümü ilə bağlı tədbirlər davam etdirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi