Feyzeranın daha bir nailiyyəti

"Art Production"-ın təşkilatçılığı ilə Bakı Pullman hotelində "Azərbaycanın milli naxış və ornamentləri" mövzusunda uşaq moda müsabiqəsi keçirilib.
Müsabiqədə məktəbin birinci sinfinin rus bölməsində təhsil alan Zaman Feyziran Rəşad qızı qızlar arası ikinci yeri tutaraq diplom və hədiyyələrlə təltif olunub.
Geyimi məharətlə nümayiş etdirən Feyzeranı əməkdar incəsənət xadimi, rəssam-modelyer Fəxriyyə Xələfova yüksək qiymətləndirib və mükafatları şəxsən təqdim edib.