Xocalı soyqırımının iyirmi altıncı il dönümü ilə bağlı tədbirlər keçirilir

Fevralın 12-si məktəbdə "Xocalı soyqırımının iyirmi altıncı il dönümünün keçirilməsi ilə bağlı təsdiq edilmiş tədbirlər planı"na əsasən ayrı-ayrı siniflərdə "Xocalı faciəsi şagirdlərin yaradıcılığında" mövzusunda bədii qiraət gecələri, “Xocalıya gedən yol” mövzusunda esse və inşa yazılarının təqdimatı və "Xocalısız 26 il" mövzusunda əl işlərindən ibarət sərgilər təşkili olunub.
Tədbirlərin keçirilməsində məqsəd ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma vətənə sevgi, məhəbbət hislərini aşılamaq, şagirdlər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri onlara çatırmaqdır.
Xocalı soyqırımının iyirmi altıncı il dönümü ilə bağlı tədbirlər davam etdirilir.