"X rus dili və ədəbiyyatı Olimpiadası"nda

Yanvarın 27-də Rusiyanın Azərbaycandakı səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin ölkəmizdəki nümayəndəliyi, Azərbaycanın Təhsil Nazirliyi və Azərbaycan Rus dilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının təşkilatçılığı ilə rus dili və ədəbiyyatı üzrə 10-cu Respublika Olimpiadası keçirilib.
Olimpiadada məktəbin 7-8 sinif şagirdlərindən Həyatov Nəzrin Fuad qızı, Məcidov Həmid Əzizağa oğlu, Dadaşova Yeganə Eldar qızı, Abbaslı Səməndər Firudin oğlu, Afsalov Miramal Tahir oğlu, İbrahimxəlilov İsa Mehman oğlu, Ağalı Sadiq Aftandil oğlu, İbrahimli Nasilə Ramiz qızı fəal iştirak ediblər və sertifikata layiq görülüblər. Şagirdlərdən beş nəfəri isə növbəti tura vəsiqə qazanıb.