Pedaqoji kollektivin növbəti iclası keçirilib

Yanvarın 31-i məktəbin akt zalında birinci yarımilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan Pedaqoji kollektivin növbəti iclası keçirilib.
İclası giriş sözü ilə məktəbin direktoru Xanlar İmaməliyev açaraq iclasın gündəliyinə daxil olan məsələlərdən, kollektivin qarşısında duran məqsəd və vəzifələrdən geniş söhbət açıb. Pedaqoji heyətə vəzifələrinin yerinə yetirilməsi, onların həlli istiqamətində konkret tapşırıq və tövsiyələrini verib.