“TOP”s proqramı çərçivəsində “Açıq dərs”də

“TOP”s proqramı fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması layihəsidir. Layihə Təhsil Nazirliyi, “British Council” təşkilatı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, “İnkişaf Naminə İdman” ictimai birliyinin tərəfdaşlığı ilə həyata keçirilir.
Məktəbin ibtidai sinif müəllimlərindən Vəfa Əliyeva və Kəmalə Əkbərova "Fiziki tərbiyə üzrə müasir təlim texnologiyalarının yaradılması" mövzusunda üç günlük təlimə qoşulub. Təlimdə ibtidai siniflərdə fiziki tərbiyəni daha da maraqlı həyata keçirmək, şagirdlərdə bu sahəyə olan marağı daha da artırmaq məqsədilə iştirakçılara müxtəlif metod və üsulların vacibliyindən bəhs edən kitabçalar və bukletlər təqdim olunub.