Azərbaycan Gənclərinin narkotiklər əleyhinə

25 oktyabr 2015-ci il tarixdə məktəbdə Səbail rayon Gənclər və İdman İdarəsinin, Səbail rayonu Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlar işi üzrə şöbənin və Badamdar qəsəbəsində yerləşən 41-ci polis bölməsinin nümayəndələrinin, Badamdar bələdiyyəsinin üzvlərinin iştirakı ilə 9-11-ci sinif şagirdləri arasında " Azərbaycan gəncləri narkotiklərə yox deyir" mövzusunda geniş tədbir keçirildi. Şagirdlər arasında rəsm və inşa müsabiqələri keçirildi. Məktəb üzrə qalib olan iki şagird Rayon üzrə keçirilən müsabiqədə iştirak etdilər. 9-cu sinif şagirdi Zülfüqarova Ləman inşa yazı müsabiqəsi üzrə, 11-ci sinif şagirdi Əhmədova Ülviyyə rəsm müsabiqəsində qalib oldular.Onlar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırıldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi