Bayraq günü

06 noyabr 2015-ci il tarixdə məktəbin yaxınlığındakı Heydər Əliyev adına parkda Səbail rayonu İcra Hakimiyyəti ilə birlikdə 09 noyabr Bayraq gününə həsr edilmiş tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, Qəsəbə Bələdiyyəsinin üzvləri, Badamdar Qəsəbəsində yerləşən Hərbi hissələrin zabit və əsgərləri və qəsəbə sakinləri iştirak etdilər. Şagirdlərin ifasında bayrağa aid şeirlər, mahnılar səsləndirildi. Yuxarı sinif şagirdləri əsgər geyimində təntənəli surətdə Azərbaycan bayrağını səhnəyə gətirdilər.8-ci sinif şagirdi Rzayeva Nərgiz gitarada "Azərbaycan" və "Cənab Leytenant" şeirlərini ifa etdi. Tədbirin sonunda yüksək təşkilatçılığa görə məktəbin musiqi müəllimi İlahə Quliyevaya təşəkkür edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi