I-X siniflərdə böyük summativ qiymətləndirmə keçirilir

Yanvarın 16-dan başlayaraq məktəbdə I-X siniflərdə böyük summativ qiymətləndirmə keçirilir. Summativ qiymətləndirmənin keçirilməsi üçün dekabr ayında məktəb direktorunun əmri ilə böyük summativ qiymətləndirmənin materiallarını hazırlamaq üçün məktəb rəhbərliyi, metodbirləşmə rəhbərləri və təcrübəli müəllimlərdən ibarət komissiya yaradılıb.
Böyük summativ qiymətləndirmə məktəb rəhbərlərinin nəzarəti ilə keçirilib.
Böyük summativ qiymətləndirmənin keçirilməsində məqsəd şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.