31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü

Dekabrın 29-u məktəbin akt zalında "Yeni il" və "Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib.

Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlanan tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xanlar İmaməliyev  pedoqoji kollektivi, şagirdləri və zalda oturan tədbir iştirakşılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, onlara yeni nailiyyətlər, əmin-amanlıq arzulayıb. O,  bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü bütün dünya azərbaycanlıları tərəfindən hər il təntənə ilə qeyd olunur. Ümummilli lider Heydər Əliyev tərəfindən 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsinə təkan verib. 

Tədbir bədii hissə ilə davam edib. Şagirdlərinin ifasında mahnılar səsləndirilib, müxtəlif rəqslər və səhnəciklər nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi