Rənglərdən möcüzələr yaradan balaca rəssam

Dekabrın 25-də İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Mədəniyyət Mərkəzində "İslam sivilizasiya və mədəniyyətinin vəhdəti” adlı sərgi təşkil olunub. Sərgi Azərbaycan Rəssamlar İttifaqı, İranın Bakıdakı səfirliyinin mədəniyyət mərkəzi, Fələstinin Bakıdakı səfirliyi və Türkiyə səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinin dəstəyi ilə baş tutub.
"İslam sivilizasiya və mədəniyyətinin vəhdəti” adlı sərgi- tədbirində məktəbin birinci sinfinin rus bölməsində təhsil alan Zaman Feyziran Rəşad qızı fəal iştirakına görə diplomla təltif olunub. Onu da qeyd edək ki, bu balaca rəssamımızın, məharətli fırça ustasının saymaqla bitməyən diplomlarından biridir. Rənglərdən möcüzələr yaradan Feyzerana bundan sonrakı sərgilərdə də istədiyi mərhələyə müvəffəq olmasını arzulayırıq.