"Dünyamızı qoruyaq" guşəsi önündə diskussiya

Dekabrın 22-si məktəbin ibtidai siniflərin yerləşdiyi korpusun ikinci mərtəbəsində ibtidai sinif müəllimi Əsmər Həsənovanın təşəbbüsü ilə "Təbiətimizi qoruyaq" adlı guşə yaradılıb.
Guşədə uşaqların təbiəti sevməyi, onu qorumağı, daha da gözəlləşdirməyi əks olunub. Əsmər müəllim guşə qarşısında "Təbiət bizim evimizdir" mövzusunda şagirdlərlə disskusiya şəklində dərs keçirib.
Müəllim təbiətin qorunması ilə bağlı geniş məruzə ilə çıxış edərək "Biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin bitki örtüyünü, onun florasını və canlılar aləmini onun faunasını qorumalıyıq, təbiəti qorumaqla dünyamızı qorumuş oluruq" kimi fikirlərini şagirdlərin diqqətinə çatdırıb.