"Bacarıqlı əllər" adlı sərgi nümayiş olunub

Dekabrın 21-i məktəbin texnologiya müəllimlərindən Bəyim Qarayeva və Nailə Fataxovanın təşəbbüsü və rəhbərliyi ilə şagirdlərin "Bacarıqlı əllər" adlı qışın və yeni il atributlarının əl işlərindən ibarət sərgisi təşkil olunub.
Sərgidə nümayiş olunan əl işləri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Bir-birindən gözəl, incə naxışlarla, ornamentlərlə bəzədilmiş əl işləri seyr edənlərin böyük marağına səbəb olub.
Sərginin təşkilində məqsəd istedadlı şagirdlərin aşkara çıxarılması və onların yaradıcılıq potensialının inkişaf etdirilməsini təmin etməkdən ibarət olub.