Fənn müsabiqəsinin qalibləri

Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində FRİTL və KBTL tərəfindən müvafiq fənlər üzrə Bakı məktəbliləri arasında keçirilən fənn müsabiqələrinin ikinci mərhələsinin nəticələri bəlli olub. Məktəbin 7 "C" sinif şagirdləri Həsənov Yusif Əhməd oğlu- kimya fənnindən I yerin, Həsənova Zümrüd Əhməd qızı- biologiya fənnindən III yerin qalibi olub.
Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasıdır.