Paşamın növbəti qələbəsi

Böyük hədəflər və bu hədəflərə doğru yolda böyük əmək uğurun əsas təməl prinsipləridir.

Daim rəqiblərini mat qoyan 6 yaşlı şahmatçımız Paşam Əlizadə dekabrın 12-si "Təhsil" Respublika İdman Mərkəzinin şahmat üzrə Respublika çempionatının final mərhələsində 7 yaşadək oğlanlar arasında birinci yer tutduğuna görə Diplomla təltif edilib. O, 9 oyunda 9 xal yığıb. Onu da qeyd edək ki, aprel ayında Paşam Albaniyanın Durres şəhərində keçiriləcək dünya çempionatında Respublikamızı təmsil edəcək.

Paşamın əldə etdiyi bu nailiyyətləri onu hədəflədiyi böyük uğurlara aparacağına inanırıq.

Balaca şahmatçımızı və onun valideynlərini əldə etdiyi qələbə münasibətilə təbrik edib, gələcək fəaliyyətində də Paşam Əlizadəyə uğurlar diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi