“Ən yaxşı təqdimat” adlı müsabiqəyə start verilib

Bakı Şəhəri Təhsil İdarəsinin razılığı, "Müasir İnkişaf" İctimai Birliyinin, "Gənclərin Töhfəsi" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycanda Atatürk Mərkəzinin təşkilatı, www.dialoq.info saytının informasiya dəstəyi ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında "Vətənim Azərbaycan" adlı vətənpərvərlik ruhunda yazılmış şeirlərin qiraətlə deyilməsi mövzusunda müsabiqə davam etdirilir.
Bununla əlaqədar olaraq məktəbdə məktəb rəhbərliyi tərəfindən Münsiflər Heyəti təşkil edilib və məktəbdaxili “Ən yaxşı təqdimat” adlı müsabiqəyə start verilib. Müsbiqənin məqsədi şagirdlərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, hər an Vətənin müdafiəsinə hazır olma ruhunda tərbiyə olunması və xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamağın hər birimizin müqəddəs borcu olduğunu şagirdlərə aşılamaqdan ibarətdir.