Texnologiya dərsində

Dekabrın 15-i məktəbin rus bölməsinin ibtidai sinif müəllimi Lyudmila Əliyevanın texnologiya fənnindən "Müxtəlif hissələrdən quraşdırma üsulu ilə yapma" mövzusunda maraqlı dərsi keçirilib.
Müəllim şagirdlərə "Qar adamının maketinin qurulması" tapşırığını verib. Şagirdlər müxtəlif hissələrdən istifadə etməklə tapşırığın öhdəsindən böyük maraq və həvəslə gəliblər.
Dərsin məqsədi şagirdlərdə bilik və bacarıqları ilə bağlı nailiyyətləri müəyyənləşdirmək, texnoloji mədəniyyəti formalaşdırmaqdan ibarət olub.