Daha bir gimnastımızın qələbəsi

Dekabrın 14-ü məktəbin 2 "C" sinif şagirdi Asim Babayev Azərbaycan Gimnastika Federasiyası tərəfindən keçirilən yarışda İdman Gimnastikası üzrə uğurla çıxış edib. O, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin açıq birinciliyində “İdman Gimnmastikası” üzrə ikinci yeri tutduğuna görə diplom və medalla təltif olunub.

7 yaşlı gimnastımız Asim Babayev  "Ən böyük arzum gələcəkdə milli komandanın heyətində irimiqyaslı yarışlarda çıxış etmək, möhtəşəm Milli Gimnastika Arenasında öz gücümü nümayiş etdirib üçrəngli bayrağımızı dalğalandırmağı arzulayıram" deyib.

Biz də Asimin kiçik qəlbindəki böyük arzusunun çin olmasını, növbəti yarışlarda da uğur qazanmasını arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi