Divar guşəsi şagirdlərin sevincinə səbəb olub

Dekabrın 14-ü məktəbdə ibtidai siniflərin yerləşdiyi korpusun üçüncü mərtəbəsində hazırlıq mərhələsində olan daha bir divar guşəsi şagirdlərin böyük sevincinə səbəb olub.
Tənəffüs zamanı şagirdlər guşə qarşısına toplanıb divara həkk olunan bu maraqlı, xüsusu zövqlə işlənmiş Günəşin ətrafında fırlanan səkkiz planeti və digər göy cisimləri haqqında məlumat xarakterli lövhəni seyr edib müzakirələr aparıblar.
Bu işin təşəbbüskarı 1 "C" sinfinin sinif rəhbəri Rəqiyyə Məhərrəmova divar guşəsinin yaradılmasında məqsədin şagirdlərə səma cismlərinin daha maraqlı və yadda qalan olması üçün təşkil olunduğunu bildirib. Müəllim şagirdlərə maraqlı və geniş məlumatlar verib.