Universitet əməkdaşlarının şagirdlərlə görüşü

Dekabrın 5-i Qərbi Kaspi Universitetinin əməkdaşları məktəbimizin IX-XI sinif şagirdləri ilə görüş keçirib.
Məqsəd şagirdlərə universitet haqqında geniş məlumat vermək və gələcək ali təhsil məktəbləri üzrə seçimləri haqqında ilkin və daha doğru fikir formalaşdırmaq olub. Xüsusilə universitetin "Dizayn" fakültəsinin bazsında təşkil edilən "Dizayn və Memarlıq məktəbi" haqqında şagirdlərə ətraflı və geniş məlumat verilib.
Şagirdlər fakültənin fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən maraqlı fotolar, video materiallar və digər unikal əyani vəsaitlərlə tanış olublar. Sonda şagirdlərə hədiyyələr paylanılıb və xatirə şəkilləri çəkdirilib.