Azərbaycan tarixi fənnindən "Açıq dərs" keçirilib

Dekabrın 1- i məktəbimizin tarix müəllimi Ətrabə Həsənovanın 5 "Ç" sinfində "Bərdə Şəhəri"  mövzusunda "Açıq dərs"i keçirilib.

Dərsdə  direktor müavinləri, metodbirləşmə sədri  və fənn müəllimləri iştirak edib. Şagirdlər qruplara bölünüb və adlandırılıb: "Bərdə", "Sənətkar", "Memar", "Gənc tarixçilər". Qruplar dərs boyu fəallıq nümayiş etdiriblər. Fənn daxili və fənlərarası inteqrasiya yaradılıb.

Qiymətləndirmə dərs müddətində düzgün və obyektiv aparılıb. Müəllim şagirdlərə "Qədim və müasir Bərdə" adlı esse yazmalarını tapşırıq verib.

Dərs iştirakçılar tərəfindən bəyənilib və yüksək qiymətləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi