"Atəşgah məbədi" Dövlət Tarix- Memarlıq Qoruğunda

Noyabrın 26- sı məktəbin fəal müəllimlərindən olan Sehran İsmayılovanın təşəbbüsü və rəhbərliyi ilə bir qrup şagirdlərin "Atəşgah məbədi" Dövlət Tarix- Memarlıq Qoruğuna ekskursiyası təşkil olunub.

Qoruğun bələdçisi şagirdlərə məbədin tarixi haqqında geniş  və ətraflı məlumat verib. Şagirdlər tarixi özündə əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olub xatirə şəkilləri çəkdiriblər. Daha sonra Qoruğun ərazisini gəziblər.

Ekskursiya şagirdlərin böyük marağına səbəb olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi