“İslam Həmrəyliyi Gənclərin Gözü İlə”

Noyabrın 28- də məktəbin akt zalında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi Gənclərin Gözü İlə” mövzusunda tədbir keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması istiqamətində görülən işlərin təmin edilməsindən ibarətdir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Nuru İmanov, Amal Məlikov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Qənirə Sultanova və Səbail rayon İcra Hakimiyyətindən Əli Muradov çıxış edərək gənclərin dini radikalizm və ekstremizmin zərərli təsirlərindən qorunması istiqamətində aparılan maarifləndirmə işlərindən danışıb. Sonda mövzu ilə əlaqədar “Şəhadət” filmi nümayiş edilib.