“Coğrafi İmla – 2017”

Noyabrın 26- da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı şəhərindəki filialı Rus Coğrafiya Cəmiyyəti tərəfindən təşkil edilən “Coğrafi İmla– 2017” adlı unikal beynəlxalq layihədə məktəbin müəllimlərindən Samir Quliyev, İlhamə Kərimova, Natavan Tahirova və rus bölməsində təhsil alan məktəbin fəallarından bir qrup şagirdlər iştirak etmiş və "Coğrafi imla beynəlxalq təhsil aksiyasında iştiraka görə Şəhadətnamə" ilə təltif olunmuşlar.