“Azərbaycanın bayrağını yüksəyə qaldırmaq istəyirəm”

“Azərbaycanın bayrağını yüksəyə qaldırmaq istəyirəm” deyən balaca şahmatçımız, şahmat üzrə 1-ci dərəcə normasını yerinə yetirməklə Azərbaycanda rekorda imza atan, məktəbin rus bölməsinin I sinif şagirdi Paşam Əlizadəni artıq hər kəs tanıyır.
Paşamın növbəti qalibiyyətini məktəb rəhbərliyi, sinif rəhbəri Gülnarə Zeynalova və Paşamın sinif yoldaşları böyük coşqu ilə qarşıladı. Gülnarə Zeynalovanın Paşamın sinif yoldaşları ilə birgə sinif otağını onun qalib olması münasibətilə xüsusi bəzəməsi görənlərdə xoş təəssürat oyatdı. Paşam Əlizadə "Təhsil" Respublika İdman Mərkəzinin şahmat üzrə respublika çempionatında III zona üzrə 7 yaşadək oğlanlar arasında birinci yer tutduğuna görə diplomla təltif olunub.
Biz də öz növbəmizdə balaca şahmatçımıza böyük uğurlar arzulayırıq kiçik qəlbindəki böyük arzularının gerçəkləşməsini diləyirik.