Məktəblilər Zirə Mədəniyyət Mərkəzində

Noyabrın 26- ı məktəbin əməkdar müəllimi Şəhla Novruzovanın təşəbbüsü ilə bir qrup şagirdlərin Zirə Mədəniyyət Mərkəzi və Eko-Parka ekskursiyası təşkil olunmuşdur.
Ekskursiyanın təşkil edilməsində məqsəd şagirdlərin asudə vaxtlarını maraqlı keçirməsini təmin etmək, onların dünyagörüşünün artırılmasına köməklik göstərilməsi olub. Məktəblilərə Zirə Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən Eko Park haqqında məlumatlar verilib.
Uşaqlar park sahəsində müxtəlif növ attraksionlardan ibarət uşaq, idman trenajor qurğularında oynayıb, xeyli əyləniblər.