Divar guşəsindəki xəritə şagirdlərin böyük marağına səbəb olub

Məktəbdə ibtidai siniflərin yerləşdiyi korpusun üçüncü mərtəbəsində divar guşəsində artıq bir neçə gündür ki, hazırlıq mərhələsi tamamlanmaq üzrə olan Azərbaycanın xəritəsi həkk olunmuşdur. Vətənimizin hər bir bölgələrini özündə əks etdirən bu xəritədə hər bir rəngin müxtəlif çalarlarından istifadə olunub. Hətta, parlaq rənglərin köməyi ilə çəkilmiş bu xəritədə hansı bölgəmizin hansı abidəsi ilə məhşur olduğu da qeyd olunub. Alqışlanası haldır ki, şagirdlər hər tənəffüs zamanı bu xəritənin qarşısına toplaşıb ondan əyani şəkildə bəhrələnir, bölgələrimiz haqqında müxtəlif dəyərli məlumatlarla bilgilənirlər.