Balaca rəssamımızın növbəti uğuru

Noyabrın 20-də Almaniyanın Azərbaycandakı səfirliyi, “Qız Qalası” İncəsənət Qalereyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, AGBank, “Standard İnsurance” və “Berlin-Bakı” Rəsm Qalereyası ilə birlikdə təşkil etdiyi “Almaniya bir rəssamın gözü ilə” mövzusunda rəssamlıq müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib. Mərasimdə məktəbin birinci sinfinin rus bölməsində təhsil alan Zaman Feyziran Rəşad qızı kətan üzərində yağlı boya ilə işləmiş "Uğurlu rəsm əsərinə görə" sertifikatla təltif olunmuşdur. Onu da qeyd edək ki, bu birincimizin ilk uğuru deyil. Biz də öz növbəmizdə Feyziranı təbrik edir, balaca rəssamımıza bol müvəffəqiyyət və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.