Şagirdlərimizin Gəncə-Şəmkir-Göygöl rayonları üzrə tur-aksiyası uğurla başa çatıb.

Məktəbin əlaçı, istedadı ilə seçilən nümunəvi 10 və 11- ci sinif şagirdlərindən Zülfüqarova Fidan Sənan qızı, Zülfüqarova Ləman Sənan qızı, Şahbazova Şölə Ehtibar qızı noyabrın 16-dan 19-dək Gəncə şəhərinin, eləcə də Göygöl və Şəmkir rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələr, turizm obyektləri, muzeylərlə tanış olublar. Maarifləndirici xarakter daşıyan tur-aksiya zamanı şagirdlərimizə bölgənin tarixi, adət-ənənələri, coğrafiyası, turizm imkanları haqqında geniş məlumatlar verilib. Şagirdlərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilib. Şagirdlərimiz “Nə? Harada? Nə zaman?" oyununda II yeri tutmuşlar.