Şagirdlərlə Nəbatat bağında bir payız günü

Noyabrın 14-ü məktəbin rus bölməsinin ibtidai sinif müəllimi Nərmin Əliyevanın təşkilatçılığı ilə 3- cü sinif şagirdlərinin Nəbatat bağına ekskursiyası təşkil olunub. Ekskursiyanın təşkil edilməsində məqsəd uşaqların asudə vaxtlarını maraqlı keçirməsini təmin etmək və eyni zamanda payız fəslinə aid xüsusiyyətləri- xüsusilə bitkilərdə dəyişikliklərə səbəb olan və yarpaqlarda xəzan dövrünün şagirdlərə əyani şəkildə öyrədilməsi olub. Şagirdlər gözəl gül və yarpaqlardan ibarət maraqlı kompozisiya, dekorativ mozaikalar hazırlayıblar.