Riyaziyyat fənnindən "Açıq dərs"

Noyabrın 10-u məktəbin rus bölməsinin ibtidai sinif müəllimi Aynurə Cəlilovanın 2 "F" sinfində riyaziyyat fənnindən “Yüz dairəsində toplama və çıxma ” mövzusunda açıq dərsi keçirildi. Dərsdə təlim- tərbiyə işləri üzrə direktor müavinləri, ibtidai sinif müəllimləri iştirak etdilər. Şagirdlər 4 qrupa bölündü və qruplar adlandırıldı. Hər qrup gördüyü işi təqdim edərək mövzunu necə mənimsədiyini nümayiş etdirdi. Qiymətləndirmə qrup işinə əsasən aparıldı. Dərs çox maraqlı təşkil olunmuşdu və iştirakçılar tərəfindən yüksək qiymətləndirildi.