"Bayraq Günü"nə həsr olunmuş bayram konserti

Artıq neçə gündür ki, "Bayraq Günü"nə həsr olunmuş tədbirə noyabrın 8-i məktəbin akt zalında təşkil olunmuş möhtəşəm bayram konserti ilə yekun vuruldu.
İlk öncə Azərbaycanın dövlət himni səsləndirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Xanlar İmaməliyev açaraq tədbir iştirakçılarını salamlayıb bu əlamətdar günün önəmindən geniş məruzə ilə çıxış etdi.
Mövzuya uyğun videoçarxlar nümayiş olundu. Bayram şagirdlərin ifasında rəngarəng konsert proqramı ilə davam etdirildi.