“Bayraq Günü” təntənə və coşqu ilə qeyd olunur

“Bayraq Günü” böyük təntənə və coşqu ilə məktəbin bütün siniflərində qeyd olunur.

İbtidai sinif müəllimlərindən Nəzakət Mansurova, Kəmalə Fərruxova, Ofelya Məmmədova, Nüşabə Ağamirzəyeva və digər sinif rəhbərlərinin təşkilatçılığı ilə sinif otaqlarında keçirilən bayramda şagirdlərin böyük ruh yüksəkliyi ilə söylədikləri şeirlər, bayraq haqqında səsləndirdikləri mahnılar, təqdim olunan səhnəciklər tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib və qeyd olunan bu bayramın təqdirəlayiq hal olduğunu vurğulayıblar. Vurğulanıb ki, milli mədəni dəyərlərimizin qorunub saxlanılması, təbliği və gələcək nəsillərə ötürülməsi şagirdlərimizin vətənimizə dəyərli vətəndaş kimi böyüməsinə töhvə verən vacib amillərdəndir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi