“Bayraq yürüşü”

Möhtəşəm "Bayraq Günü"nə sayılı günlər qalıb.
Noyabrın 7-si məktəbin həyətində məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini Sevda Rüstəmovanın, Uşaq Birliyi Rəhbəri Gülnar Əzimovanın və ibtidai sinif müəllimlərinin təşkilatçılığı ilə “Bayraq yürüşü” keçirilib.
Yürüşün keçirilməsində məqsəd şagirdlərdə vətənpərvərlik hisslərinin, milli-mənəvi dəyərlərin aşılanması, dövlət atributlarının mənasını bilmək və bununla yanaşı ona hörmət etmənin vacibliyini təbliğ etməkdən ibarətdir.
Tədbirdə iştirak edən şagirdlər ilk öncə Azərbyacan Respublikasının Dövlət Himnini səsləndirib. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut İslamova qurur mənbəyimiz, milli-mənəvi dəyərimiz, müstəqilliyimizin və Azərbaycançılığımızın rəmzi olan bayrağımızın rolundan geniş məruzə ilə çıxış edib.