Bayrama böyük şövqlə hazırlıq

Bildiyimiz kimi qarşıdan 9 noyabr Dövlət Bayrağı günü gəlir. Bu münasibətlə məktəbin bütün siniflərində bayrama ciddi, böyük hazırlıq işləri gedir.
Bu işlərdə ibtidai sinif şagirdləri öz fəallıqları ilə xüsusilə fərqlənib. Bacarıqlı ibtidai sinif şagirdləri Vətənə olan sevgilərini, istedad və bacarıqlarını öz əl işlərində tərənnüm edib.
İstedadlı şagirdlərimiz tərəfindən gözəl bayraq nümunələri hazırlanıb, sərgi təşkil olunub.
Bayram öncəsi görülən hazırlıq işləri ilə tanış olub Sizə təqdim edirik.