“Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər

Hər il olduğu kimi bu ildə məktəbdə ənənəvi olaraq “Uşaq hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər keçirilir.

IX- XI sinif şagirdləri arasında “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikasının qanunu mövzusunda müzakirələr, V- VIII sinif şagirdləri arasında "Mən və hüquqlarım" mövzusunda disputlar, I- XI sinif şagirdləri arasında insan hüquqlarına həsr olunmuş rəsm müsabiqəsi (Müsabiqənin qalibləri: 11 "E" sinif şagirdi Mirzə Nəzrin və 10 "D" sinif şagirdi Babayeva Səbinə), “İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) haqqında nə bilirsiniz?" mövzusunda dəyirmi masa, Uşaqlar arasında narkomaniya və QİÇS-ə qarşı mübarizə məqsədi ilə “Azərbaycan Gəncləri narkomaniya əleyhinə” mövzusunda rəsm müsabiqəsi, “Narkomaniya cəmiyyətin bəlasıdır” mövzusunda inşa yazı müsabiqəsi, (Qalib: 9 "A" sinif şagirdi Alıyeva Lamiyə Samir qızı), Fiziki tərbiyə dərslərində məktəblilərin səbrlilik, ədalət, həmrəylik və qeyri- zorakılıq ruhunda tərbiyə edilməsi məqsədi ilə məktəblilər arasında “Sülh naminə idman” devizi altında idman yarışları kimi silsilə tədbirlərin keçirilməsi davam etdirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi