YARAT Müasir İncəsənət Mərkəzində

Məktəbimin ibtidai sinif müəllimlərindən Ağamirzəyeva Nüşabə Sədi qızı və Hüseynzadə Aysel Məhəmməd qızının təşkilatçılığı ilə 2 "B" və 3 "H" sinfinin şagirdlərinin YARAT Müasir İncəsənət Mərkəzinə ekskursiyası təşkil edilib.

Ekskursiyanın təşkil edilməsində məqsəd uşaqların asudə vaxtlarını maraqlı keçirməsini təmin etmək və müasir incəsənətlə daha yaxından tanış etməkdən ibarətdir.

Mərkəz əməkdaşları tərəfindən uşaqlara dairə formasında kartonlar, rəngli kağızlar, yapışqan və fiquru hazırlamaq üçün digər ləvazimatlar paylanıb. Şagirdlər verilən tapşırığın öhdəsindən böyük maraq və həvəslə gəliblər.

Ekskursiya şagirdlərdə və muzey əməkdaşlarında xoş təəssüratlar yaradıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi