“Zoopark”a ekskursiya şagirdlərə xoş anlar yaşadıb

Oktyabrın 30-u məktəbin rus bölməsinin ibtidai sinif müəllimi Vəfa Əliyevanın təşkilatçılığı ilə 1 "E" sinif şagirdlərinin “Zoopark”a ekskursiyası təşkil olunub.
Ekskursiyanın təşkil edilməsində məqsəd uşaqların asudə vaxtlarını maraqlı keçirməsini təmin etmək və eyni zamanda heyvanlar aləmi ilə tanış etməkdən ibarət olub.
Vəfa müəllim heyvanxanadakı heyvanlar haqqında şagirdləri geniş məlumatlandırıb. Şagirdlər heyvanlar aləmi ilə yaxından tanış olublar. Maraqlı məqamlardan biri isə şagirdlərin gördükləri heyvanlar haqqında nağıl, tapmaca və hekayələr söyləmələri olub.
Birincilər “Zoopark”dan xoş təəssüratlarla ayrılıblar.