Müstəqilliyimiz əbədidir

Bu gün 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. Bu münasibətlə məktəbimizin 1 "e" sinfinin sinif rəhbəri Vəfa Əliyevanın və Uşaq Birliyi Rəhbəri Gülnar Əzimovanın təşkilatçılığı ilə müstəqillik mövzusunda tədbir təşkil olundu. Tədbirin əvvəlində birincilərin ifasında Azərbaycan Dövlət Himni səslənmiş, bütün şagirdlərə kiçik bayraqlar paylanmışdır. Vəfa Əliyeva şagirdləri 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Gününün tarixi, Azərbaycan Respublikasının dövlət rəmzləri olan bayrağı, gerbi və himni barəsində ətraflı məlumatlandırmış və bu mövzu ətrafında geniş söhbətlər aparmışdır. Müəllim şagirdlərə bayrağın kağız üzərində eskizini paylayıb və rənglənməsi tapşırığını verib. Tapşırığın öhdəsindən həvəslə gələn birincilər daha sonra vətənə aid şeirlər, atalar sözləri, bayatılar söyləyib, mahnılar oxuyublar.Tədbir yenidən şagirdlərin Dövlət himnini səsləndirmələri ilə yekunlaşıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi