Bu gün 5 oktyabr - Beynəlxalq Müəllimlər günüdür, bu gün müəllimlər və təhsil işçilərinin peşə bayramıdır. Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Bu gün münasibətilə məktəbin direktoru Xanlar İmaməliyev pedaqoji heyəti təbrik etdi. Onlara şərəfli işlərində və gələcək fəaliyyətlərində uğurlar arzuladı. Bu gün həm də məktəbimizin rus bölməsinin riyaziyyat müəllimi Çernişeva Vera Nikolayevnanın 65 yaşının tamam olması münasibətilə tədbir keçirildi. Bayram bayrama qarışdı desək yerinə düşər. Tədbirdə pedaqoji heyət tərəfindən müəllimin ünvanına xoş sözlər səsləndirildi.