“Dünyaya Sülh Gərəkdir!”

Bu gün məktəbimizin akt zalında “Dünyaya Sülh Gərəkdir” adı altında təntənəli tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayaraq, uşaqların sülh mövzusunda hazırladıqları səhnəciklər, mahnı və şeir kompozisiyaları, rəngarəng rəqsləri ilə davam etdi. Tədbirin sonunda məktəbin direktoru Xanlar İmaməliyev “Sülh” günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirdi ki, belə tədbirlərin keçirilməsi uşaq və gənclərin sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaq, habelə bədii-estetik səviyyələrini yüksəltmək, xüsusi istedada malik uşaqları üzə çıxarmaq və onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdən ibarətdir.O, tədbirin hazırlanmasında təşkilatçı Yaqut İslamovaya, Uşaq birliyi rəhbəri Gülnar Əzimovaya, ibtidai sinif müəllimi Nəzakət Mansurovaya, Azərbaycan dili müəllimi Azadə Əfəndiyevaya və uşaq kollektivinə təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi