Bilik günü qeyd olundu

Bu gün Səbail rayonu 236 nömrəli tam orta məktəbdə yeni dərs ilinin başlanması münasibəti ilə təntənəli mərasim keçirildi. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlandı.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xanlar İmaməliyev qonaqları, müəllim və şagirdləri “Bilik günü” münasibəti ilə təbrik edərək, dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan, məktəbin uğurlarından, “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusundan geniş mühazirə ilə çıxış etdi. Tədbirdə Səbail rayon İcra başçısının müavini Abit Əliyev, Bələdiyyə sədri Həbib Əsədov, Silahlı Qüvvələrimizin zabiti, aprel döyüşləri zamanı minaya düşən polkovnik-leytenant Eldəniz Sadıqov və digər qonaqlar iştirak etdilər. Eldəniz Sadıqov Azərbaycan Ordusunun aprel döyüşlərində əsl qəhrəmanlıq nümayiş etdirmələrindən, döyüş zamanı Azərbaycan ordusunun əsgər və zabitlərinin ruh yüksəkliyindən geniş söhbət açdı. Sonra Bələdiyyə sədri Həbib Əsədov qəbul imtahanlarında yüksək nəticələr əldə edən məzunlarımıza 100 manat pul və Fəxri Fərman təqdim etdi.