Pedaqoji şuranın iclası keçirildi

Bu gün Səbail rayonu 236 nömrəli tam orta məktəbin akt zalında 2016/ 2017- ci tədris ilinin yekunlarına və yeni 2017/ 2018- ci tədris ilinə hazırlığın vəziyyətinə həsr edilən pedaqoji şuranın iclası keçirildi. İclası giriş sözü ilə məktəbin direktoru Xanlar İmaməliyev açıq elan etdi. İlk öncə müəllim heyəti pedaqoji şuranın gündəlikdə olan məsələləri ilə tanış oldu. Gündəlikdə duran əsas məsələlədən ən ümdəsi Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə 2017-2018-ci dərs ilinin "Ümumi təhsildə keyfiyyət ili”nin elan edilməsi ilə əlaqədar oldu. 2017-2018-ci dərs ilində ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi ilə aktual problemlərə həsr olunmuş pedaqoji mühazirələrin aparılması mövzusunda tədbirlərin geniş şəkildə olması dinləyənlərin nəzərinə çatdırıldı və gündəlikdə olan digər məsələlər səsləndirildi. Yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilən müəllimlərə hədiyyələr təqdim olundu və onların ünvanlarına xoş sözlər deyildi. Sonda məktəbin direktoru Xanlar İmaməliyev yeni tədris ilində qarşıya qoyulan vəzifələrin həyata keçiriməsi üçün müəllimlərə öz tapşırıq və tövsiyyələrini verdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi