Məzunumuz “Qızıl medal”la təltif olundu

Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, bu il ümumi təhsil müəssisələrinin 154 məzunu qızıl medal ilə təltif olunub. Ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən siyahıda 68- ci yerdə olan Musayev Məzahir İlham oğlu böyük sevinc hissi ilə deyə bilərik ki, bizim məktəbin məzunudur. 2016/ 2017- ci tədris ilində məktəbin XI (on birinci) sinfini bitirmiş, X və XI siniflərdə illik qiymətləri 5 (beş) olan, IX və XI siniflərdə oxuyarkən Fənn Olimpiadalarının Respublika turunda coğrafiya fənni üzrə I yer tutmuş və “Qızıl medal”la təltif olunmuş Musayev Məzahir İlham oğluna tam orta təhsil haqqında Xüsusi nümunəli attestat (Qızıl medal) verildi. Məzahir qazandığı bu uğura, mükafata görə çox sevindiyini və əməyi olan hər kəsə təşəkkürünü bildirib: ”İlk növbədə mənə dördüncü sinfə kimi dərs demiş sinif rəhbərimə, məktəbin direktoru Xanlar İmaməliyevə və valideynlərimə mənə göstərdikləri qayğıya görə minnətdaram”. Onu da qeyd edək ki, Musayev Məzahir İlham oğlunun adı məktəbin “Şərəf kitabı”na yazılacaq.