Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin təşəbbüsü ilə muzeyin "Açıq qapı" günü çərçivəsində "Ailə günü" adlı tədbir keçirilib. Tədbirdə iştirakçılara "İstedad sənsən" − Bakı şəhər məktəblilərinin iştirakı ilə müxtəlif nominasiyalar və digər bir-birindən maraqlı proqramlar təqdim olunub. Məktəbimizin 9 "Ç" sinif şagirdi Aytən Vəliyeva "İstedad sənsən" müsabiqəsinin mərhələlərində uğurla çıxışına görə "Final" proqramında da iştirak hüququ qazandı. Aytənə "Final" mərhləsində uğurlar arzulayırıq.