Növbəti Pedaqoji şura

İyunun 23-də məktəbdə növbəti Pedaqoji şura yığıncağı keçirildi. İclasda məktəb rəhbərliyi 2016-2017-ci tədris ilində 9 və 11- ci siniflərdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarının nəticlərini açıqladı. 9-cu sinfi bitirən şagirdlərdən 9 nəfər, 11- ci sinfi bitirən şagirdlərdən 8 nəfər illik və imtahan qiymətləri “5” olduğuna görə fərqlənmə attestatına layiq görüldü. 11- ci sinif şagirdi Musayev Məzahir İlham oğlu Respublika fənn Olimpiadasında coğrafiya fənni üzrə I yeri tutduğuna görə Diplom və “Qızıl medal”la təltif edildi. İllik qiymətləri və imtahan qiymətləri hamısı “5” olduğuna görə o tam orta təhsil haqqında xüsusi nümunəli attestata layiq görüldü.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi