"Son zəng" tədbiri keçirildi

İyunun 14-də Səbail rayonu 236 nömrəli tam orta məktəbdə təntənəli "Son zəng" tədbiri keçirildi. Tədbir dövlət himninin səslənməsi ilə başlandı. Tədbiri giriş sözü ilə məktəbin direktoru Xanlar İmaməliyev açdı. O, Ulu öndərin hər bir azərbaycanlı uşağının yüksək sosial-mənəvi mühitdə böyüməsi istiqamətində apardığı islahatları Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, Azərbaycanda təhsil sahəsində qazanılan uğurlardan, bu sahədə gedən inkişaf proseslərindən danışdı və məzunlara arzu, tövsiyyələrini bildirdi. Qəsəbə sakinləri və məktəbə dəvət olunan qonaqlar üçün əyləncəli proqram təşkil edildi. Diqqət çəkən məqamlardan biri də 11 “A” sinif şagirdi Respublika fənn olimpiadaları üzrə I yer tutmuş və qızıl medal qalibçimiz Məzahir Musayevin Bələdiyyə sədri Həbib Əsədov tərəfindən Fəxri Fərmanla təltif olunması oldu. Tədbir uşaqların özlərinin aparıcılığı və maraqlı çıxışlarla yadda qaldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi