4 illik fəaliyyətə həsr olunmuş hesabat tədbiri

Səbail rayonu 236 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdlərinin 4 illik fəaliyyətinə həsr olunmuş hesabat tədbiri keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim, şagird və valideyin heyəti iştirak etdilər. Tədbirdə şagirdlərin bir-birindən maraqlı çıxışları hamını heyran etdi. Balaca rəqqasların rəqsləri isə sözün əsl mənasında alqışa layiq idi. Tədbir zamanı şagirdlərin ifasında doğma vətənə həsr olunmuş şeirlər və mahnılar xüsusi diqqət çəkdi.