Səbail rayonu 236 nömrəli tam orta məktəbin Azərbaycan dili müəllimi Sima İmaməliyevanın təşkilatçılığı ilə 5 "A" sinif şagirdlərinin Mərkəzi Nəbatat Bağına ekskursiyası təşkil olundu. Ekskursiyanın əsas məqsədi şagirdlərə Azərbaycan təbiətinə xas olan bitkilərin öyrənilməsi və qorunmasını aşılamaqdan ibarət idi. Nəbatat bağının əməkdaşları şagirdlərə bu barədə geniş məlumat verdilər. Yüzlərlə bitgilərlə tanış olan şagirdlər üçün ekskursiya çox maraqlı oldu.